Rusiyalı turistlər Bakıya axışacaqlar - May bayramlarında

29-04-2023, 10:08           
Rusiyalı turistlər Bakıya axışacaqlar -
Bakı rusiyalılar arasında may bayramları üçün xarici səfərlərdə ən populyar şəhərlərdən birinə
çevrilib.
Bu barədə “Yandeks Puteşestviye” şirkətinin araşdırmasından məlum olub.
“Ən populyar şəhərlər Bakı, İstanbul, Antalya, Daşkənd və İrəvandır. Qonşu ölkələri nəzərə
almasaq, əsas istiqamətlər İstanbul, Antalya, Dubay, Dalaman və Təl-Əvivdir”, – deyə ekspertlər
bildirib.
Yeri gəlmişkən, ABŞ-nin nüfuzlu “TripAdvisor” xidmətinin səyahət üçün üstünlük verilən trend
məkanlar siyahısında Bakının da adı var. Belə ki, 25 fərqli ölkənin şəhərlərinin adlarının yer aldığı
siyahıda paytaxtımız səkkizinci yerdə qərarlaşıb.
Onu da bildirək ki, Azərbaycan Dövlət Turizm Agentliyi 2026-cı ilə qədər ölkəyə gələn xarici
turistlərin illik sayını 4 milyona çatdırmağı hədəfləndiyi barədə açıqlama verib.
TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]