Babək rayonunda suyu hər adama vermirlər - Rəhim Cəfərov niyə susuz qalıb? VİDEO
19-02-2023, 12:23
Babək rayon sakini Rəhim Cəfərov deyir ki, müvafiq idarələr onun həyətinə içməli su verməkdən imtina edirlər. O, bununla bağlı hələ ötən ilin aprelində Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinə müraciət etdiyini bildirir. Şikayətçinin sözlərinə görə, su və kanalizasiya xəttlərinin evin yanından keçməsinə baxmayaraq, idarə onu başından edir. TEREF.AZ yazır ki, o, “Gündəlik Naxçıvan”a videomüsahibəsində bu haqda ətraflı danışır.