Parklanma yerini qoyub, yol kənarında saxlayanlar: DYP-dən açıqlama - VİDEO

29-01-2023, 00:13           
Parklanma yerini qoyub, yol kənarında saxlayanlar:
Bakının müxtəlif istiqamətlərində, o cümlədən Mərkəzi Parkın yaxınlığında yerləşən parklanma yerinin qarşısında sürücülər avtomobillərini yolun kənarında və ya parklanma yerinin düz qarşısında park edirlər.

Teref.az xəbər verir ki, bu barədə Baku TV-nin hazırlıdığı süjetdə deyilir.

Bildirilir ki, bu da digər avtomobillərin hərəkətini qismən məhdudlaşdırır, yolun digər istiqamətində isə süni tıxaca səbəb olur. Parklanma ilə bağlı problem Təzəpir məscidinin qarşısında da mövcuddur.

Mövzu ilə əlaqədar Baku TV-yə danışan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Əsgərli deyib:

“Qeyd etdiyiniz ünvanlarda, eləcə də şəhərimizin hərəkətin sıx təşkil olunduğu küçə və prospektlərdə dayanma-durma tələblərini pozan sürücülərə qarşı qanunvericilik çərçivəsində Dövlət Yol Polisi əməkdaşları lazımi tədbirləri həyata keçirir. Lakin bəzən sürücülərin parklanma imkanları azdır deyib qayda pozduğu ərazilərlə yanaşı, elə parklanma üçün mümkün şəraitləri qiymətləndirməyib, yolların hərəkət istiqamətini seçib ətrafdakı insanların narazılığına, nəqliyyatın fasiləsizliyinə mənfi təsir göstərən hərəkətlərin də şahidi oluruq”.

Daha ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]