Bu jurnalistlər şəxsi evlərini şəhid ailələrinə bağışlayır

24-07-2021, 17:43           
Bu jurnalistlər şəxsi evlərini şəhid ailələrinə bağışlayır
Bir qrup media və QHT nümayəndəsi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Ötən dövrdə 500-ə yaxın jurnalist belə mənzillərlə təmin olunub. Jurnalistlər üçün nəzərdə tutulan üçüncü bina da artıq istifadəyə hazırdır. Biz təklif edirik ki, öz canından keçərək, əsl qəhrəmanlıq nümunəsi göstərərək bu Vətənin bütövlüyünü bizə bəxş edən şəhid və qazilərimizə ehtiramın ifadəsi olaraq, sözügedən üçüncü binadakı mənzillər şəhid ailələrinə, torpaqlarımızın azad edilməsində böyük şücaət göstərmiş xüsusi təyinatlılarımıza, Vətən Müharibəsi qəhrəmanlarına təqdim olunsun.”
Müraciəti imzalayan 40a yaxın şəxs buna qədər jurnalistlər binasında ev alıb. Ju rnalistlərin 1 və 2-ci binasından ev alan jurnalistlərin bir qismi öz mənzillərini şəhid və qazi ailələrinə bağışlayıblar.
Cumhuriyyət.az onların siyahısını təqdim edir:
Elçin Mirzəbəyli,
Elbrus Ərud,
Hikmət Babaoğlu,
Vüqar Rəhimzadə,
Vüsal Məmmədov
Elçin Alıoğlu,
Şakir Ağayev,
Azər Xəlilov,
Bəhruz Quliyev,
Hümmət Musayev,
Şakir Eminbəyli.
Aldığımız digər məlumata görə, Elburus Ərud evini satsa da, həmin məbləğdə vəsaiti YAŞAT Fonduna çökürəcəyini deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]