Yeni rektor indidən NARAZILIQ YARADIR... - müəllimlərin maaşı verilmir…

9-07-2021, 09:45           
Yeni rektor indidən NARAZILIQ YARADIR... -
Məlum olduğu kimi, Prezident İlham Əliyevin iyunun 22-də imzaladığı Sərəncamla Nurlana Əliyeva Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edildi. N.Əliyevanın 2016-cı ilin iyunun 23-də BSU-ya rektor təyin olunmuşdu. Ancaq bu müddət ərzində onun fəaliyyətindən Universitetdə müəyyən narazılıq yaranmışdı.

Prezidentin məlum sərəncamından sonra Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas şöbəsinin müdir müavini Anar Nağıyev Bakı Slavyan Universitetinə rektor əvəzi təyin olunub. Anar Nağıyev 3 ay müddətində BSU-da rektor vəzifəsini icra edəcək.

Bu arada Azinforum.az-ın əldə etdiyi məlumata görə, BSU-da yeni rektor əvəzi A.Nağıyevin fəaliyyətindən narazılıq yaranıb. Narazılığa səbəb odur ki, bu günə qədər müəllimlərin iyun ayı üzrə məvacibləri verilməyib. Üstəlik iyulun 7-dən müəllimlər məzuniyyətə çıxsalar da, məzuniyyət pulunu ala bilməyiblər. Bu da müəllimlərin ciddi narazılığına səbəb olur. Hansı ki, N.Əliyevanın rektor olduğu vaxt məvaciblər hər ayın 29-na qədər ödənilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]