Deputat Milli Məclisdə:””Binə” və “Sədərək”də feodal qaydalar yaradılıb”

30-05-2019, 18:32           
Deputat Milli Məclisdə:””Binə” və “Sədərək”də feodal qaydalar yaradılıb”
“Binə” və “Sədərək” ticarət şəbəkəsində 7-8 min mağaza mövcuddur. Bu, təxminən, 30 minə yaxın vətəndaşı, işçini əhatə edir.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.

“Bütün mağazaların mülkiyyəti mağazanın sahiblərinə deyil, məhz ticarət müəssisəsinin sahibinə malikdir. Bu ona bənzəyir ki, bina tikilir verilir sakinə sonra bina sahibi deyir ki, bu binada icarəçi kimi yaşamalısan. Bu mağazaların mülkiyyət hüququ qadına məxsusdur. Həmin mağazalar 80 min manatdan 200-250 min manata kimi vətəndaşlara satılıb. Lakin bu əməliyyat qeyri-rəsmi aparıldığı üçün bu məbləğdə pul ödəyən sahibkarlar mülkiyyət sahibi ola bilməyiblər. Yalnız icarə hüquqi əsasında orada fəaliyyət göstərməyə malikdirlər. Bu, feodal qaydaları ilə vətəndaşın mülkiyyət hüququnun pozulmasının bir nümunəsidir”, – F.Mustafa bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]