Moskvadan Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması ilə bağlı AÇIQLAMA

15-05-2024, 00:17           
Moskvadan Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması ilə bağlı AÇIQLAMA
Rusiya Qarabağda baş verən hadisələri nəzərə alaraq və 2020-ci ilin noyabrında Ermənistan tərəfinin xahişi ilə əldə edilmiş razılaşmaya müvafiq olaraq, Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhəd bölmələrini Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttindən çıxarır.

Referans.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Federasiya Şurasında çıxışı zamanı bildirib.

“Baş nazir Nikol Paşinyanın Moskvaya səfəri və Prezident Vladimir Putinlə görüşü zamanı Ermənistan tərəfi “mövcudluğu qanuni olaraq müəyyənləşdirilməyən müvəqqəti əməliyyat qruplarının sərhəd xəttindən çıxarılması” xahişi ilə müraciət edib”, - deyə A.Bortnikov bildirib.

A.Bortnikovun sözlərinə görə, eyni zamanda, Ermənistan tərəfi “Zvartnots” beynəlxalq hava limanında buraxılış məntəqəsinin bağlanması xahişi ilə də müraciət edib. Həmçinin Rusiya sərhədçiləri Ermənistanın Türkiyə və İran ilə sərhədini qorumağa davam edəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]