Tehran nüvə silahına hələ yiyələnməyibsə belə, bu istiqamətdə çalışmalardan imtina etməyib

14-05-2024, 11:34           
Tehran nüvə silahına hələ yiyələnməyibsə belə, bu istiqamətdə çalışmalardan imtina etməyib
İranlı deputatlardan birinin “məncə biz nüvə silahına sahibik, sadəcə bunu elan etmirik” açıqlaması ABŞ və İsrailə ünvanlanıb. Deputatın sözlərinə görə, İranın ABŞ və İsrailə ayaq uydura bilməsi üçün nüvə silahına sahib olması şərtdir. İranın ali dini lideri bir vaxtlar nüvə silahına yiyələnmənin İslama zidd olduğunu deyərək Qərbin İrandan əl çəkməsini istəyirdi.
Ancaq buna inanan az idi, çünki faktlarla sübut olundu ki, İranda gözdən uzaq mərkəzlərdə uranın zəginləşdirilməsi prosesi davam edir. Ekspertlərin rəyi müxtəlifdir, bir qrup iddia edir ki, İran nüvə silahı əldə etməyə çox yaxındır, digər qrup əks fikirdədir. İran hakimiyyəti, dindarları və hərbiləşdirilmiş qruplar bu qənaətdədirlər ki, bölgədə müharibələr İran sərhədinə yaxınlaşır, bundan qorunmağın yolu isə düşmənləri nüvə silahı ilə qorxutmaqdır.
Ona görə də Tehran nüvə silahına hələ yiyələnməyibsə belə, bu istiqamətdə çalışmalardan imtina etməyib.
İranlı deputat ağalarının fikirlərini səsləndirib.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]