HƏMAS İsraillə atəşkəsə razılaşıb

7-05-2024, 08:44           
HƏMAS İsraillə atəşkəsə razılaşıb
HƏMAS lideri Qətər və Misir rəsmilərinə Qəzzada atəşkəs razılaşması təklifi ilə razılaşdığını bildirib.

Bu barədə HƏMAS hərəkatının rəsmi “Telegram” kanalında məlumat verilib.

“HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani və Misirin Kəşfiyyat naziri Abbas Kamelə zəng edərək, hərəkatın atəşkəs razılaşması təklifi ilə razılaşdığını bildirib”, - məlumatda deyilir.

Xatırladaq ki, qısa müddət öncə ““ telekanalı hərəkatdakı yüksək rütbəli mənbəyə istinadən məlumat vermişdi ki, Həmas Qətər və Misir vasitəçilərinə Qəzzada atəşkəs təklifi ilə razılaşdıqları barədə məlumat verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]