ABŞ Tiflisi müharibəyə sürükləyir? - Obrayanın cavabı

6-05-2024, 10:49           
ABŞ Tiflisi müharibəyə sürükləyir? -
Tiflisi müharibəyə sürükləyən Moskvadır.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayan Gürcü Arzusu Partiyası rəhbərliyinin Tiflisi Vaşinqton və Kiyevin müharibəyə sürüklədiyi haqda ittihamına cavabında deyib.

“Gürcüstanı Ukrayna kampaniyasına cəlb edən Rusiyadır ki, işğal etdiyi Gürcüstan ərazisində nəhəng hərbi limanın tikintisinə başlayır, Gürcüstan vətəndaşlarının oğurlanması və bəzi hallarda qətli davam edir”, – o bildirib.

O qeyd edib ki, Moskva Gürcüstandan hərbi malları keçirməyə cəhd edib:

"Gürcüstan hökuməti bunu öz imkanları daxilində ən yaxşı şəkildə dayandırmağa çalışmaqla çox müdrik qərar verdi və onlar olduqca yaxşı iş gördülər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]