Paris Berlinin vasitəçilik təşəbbüslərinə qısqanc yanaşır

29-02-2024, 12:04           
Paris Berlinin vasitəçilik təşəbbüslərinə qısqanc yanaşır
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlin görüşü arxada qaldı. Görüşdə irəliləyiş əldə olunduğuna dair məlumat yoxdur.
Buna baxmayaraq, davamlı görüşlər ortamı yumşaltmaq məqsədi daşıyır.
Ancaq işi yenə Paris poza bilər. Münxen görüşündən sonra da belə olmuşdu, liderlər Almaniyanın şəhərində görüşüb fikir mübadiləsi aparmaqla ortamı yumşaltmışdılar.
Ancaq bu görüşdən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın Parisə çağrılması və onun oradan Azərbaycan əleyhinə verdiyi açıqlamalar gərginliyi yenidən artırdı.
Paris bu dəfə də eynisini edə bilər. Digər tərəfdən Paris Berlinin vasitəçilik təşəbbüslərinə qısqanc yanaşır.
Paris yanlış siyasətinə görə kənarda qalıb. Anti-Azərbaycan siyasətinə görə Paris Bakı ilə İrəvan arasında vasitəçi statusunu itirib.
Bu rola hazırda Berlin iddialıdır və hələ ki, pis alınmır.
Elxan Şahinoğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]