Narışkin: “Amerika seçki ərəfəsində Rusiyada vəziyyəti qarışdırmaq istəyir”

12-01-2024, 10:54           
Narışkin: “Amerika seçki ərəfəsində Rusiyada vəziyyəti qarışdırmaq istəyir”
“Rusiyada prezident seçkiləri yaxınlaşdıqca ABŞ hökuməti demokratik prosedurlara qeyri-qanuni müdaxilənin getdikcə daha təkmil üsullarını kəşf edir”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin məlumat verib.

O qeyd edib ki, Vaşinqton Amerika mübadilə proqramlarının məzunu olan ruslarla işi gücləndirmək niyyətindədir.

“Vaşinqton bu cür vətəndaşlarla əlaqəni bərpa etmək və onlarla etibarlı ünsiyyət qurmaq üçün addımları gücləndirir. Gələcəkdə keçmiş təqaüdçülərin Rusiya hakimiyyəti ilə siyasi mübarizəyə fəal şəkildə cəlb edilməsi planlaşdırılır”, – deyə xidmət rəhbəri əlavə edib.

O bildirib ki, prezident seçkiləri ərəfəsində amerikalılar Rusiyada daxili siyasi vəziyyəti qarışdırmaq üçün ən kiçik fürsətdən istifadə edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]