Müharibədə iştirak yolu ilə Rusiya vətəndaşlığına yiyələnməyə dəyməz - ÖLƏCƏKSİNİZ...

5-01-2024, 08:44           
Müharibədə iştirak yolu ilə Rusiya vətəndaşlığına yiyələnməyə dəyməz - ÖLƏCƏKSİNİZ...
Kreml sahibi Vladimir Putinin Rusiya ordusunda hərbi xidmət keçmək üçün müraciət edən əcnəbilərə və onların ailə üzvlərinə Rusiya vətəndaşlığının verilməsi haqqında fərmanı Rusiya vətəndaşlığı barədə düşünənlər üçün təhlükəli gedişdir. Çünki Kreml bu üsulla Ukrayna ilə müharibədə müxtəlif millətlərin nümayəndələrini Rusiyanın işğalı naminə ölümə göndərmək istəyir. Putinin bu qərarı həm də onun təsdiqidir ki, Rusiyanın müharibədə itkilərinin miqyası böyükdür, ölənlərin yerini doldurmağa çalışır. Ancaq ölənlərin yerinə gələnlərin çox as hissəsi Rusiya vətəndaşlığından faydalana biləcək, çünki onları da mənasız müharibədə ölüm gözləyir, Rusiyaya apardıqları ailələri isə başsız qalacaq. Odur ki, müharibədə iştirak yolu ilə Rusiya vətəndaşlığına yiyələnməyə dəyməz.
Elxan Şahinoğlu
Teref: Xocanın Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]