Qarabağda anti-terror əməliyyatı Vaşinqtonun maraqlarına cavab verir

23-09-2023, 13:16           
Qarabağda anti-terror əməliyyatı Vaşinqtonun maraqlarına cavab verir
ABŞ rəsmiləri və konqresmenlər Azərbaycanın anti-terror əməliyyatına qarşı açıqlamalar versələr də, Qarabağda anti-terror əməliyyatı Vaşinqtonun maraqlarına cavab verir.
Çünki Azərbaycanın uğurlu hərbi əməliyyatı və Qarabağın tamamına nəzarəti bərpa etməsi ermənilərin Rusiyaya nifrətini artırıb, İrəvanda Rusiyanın hərbi bazasından imtina və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq barədə şüarlar güclənib. Vaşinqtona da elə bu lazımdır. Təsadüfi deyil ki, bu ərəfədə senator Cerri Pitersin başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyəti Ermənistanda səfərdədir.
Amerika heyəti Ermənistanın baş naziri Nikol Paşinyanı inandırmağa çalışacaqlar ki, ABŞ Rusiyanı əvəz etməyə hazırdır.
Bu Kremli Ermənistan hökumətinə qarşı daha çox qıcıqlandıracaq.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]