Bennet Putini İsrailin yaxın dostu adlandırdı

23-10-2021, 07:43           
Bennet Putini İsrailin yaxın dostu adlandırdı
İsrailin baş naziri Naftali Bennet Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara başlamazdan əvvəl Rusiya dövlətinin başçısının İsrailin dostu olduğunu deyib.

“Bütün ölkəmiz, bütün xalqımız adından sizə demək istəyirəm ki, sizin simanızda İsrail dövlətinin çox yaxın əsl dostunu görürük”, - deyə Bennet Putinə xitabən bildirib.

İsrail hökumətinin başçısı qeyd edib ki, Rusiya Federasiyasının prezidenti ilə iqtisadi, elmi və mədəni əməkdaşlığın inkişafını müzakirə edəcək:

“Bizim böyük potensialımız var və ticarət dövriyyəmizin həcmini ciddi şəkildə artıra bilərik”.

Bennet eyni zamanda, İsrail xalqının Qırmızı Ordunun qəhrəmanlıqlarının xatirəsini əziz tutduğunu və nasizm üzərində qələbəyə verdiyi töhfəni yüksək qiymətləndirdiyini də qeyd edib.

Bundan əlavə, İsrail baş naziri Putinlə Suriyadakı vəziyyəti və İranın nüvə hərbi proqramını dayandırmaq üçün edilən səyləri müzakirə etmək niyyətində olduğunu da vurğulayıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]