Kissincer yeni dünya müharibəsi barədə xəbərdarlıq edib

22-05-2021, 06:28           
Kissincer yeni dünya müharibəsi barədə xəbərdarlıq edib
Çin və ABŞ arasındakı münaqişədə qalib tərəf olmayacaq. Hər şey, dünya müharibəsində olduğu kimi, tərəflərin bütün resurslarının tükənməsilə yekunlaşacaq.

Bunu “Neue Zürcher Zeitung” nəşrinə müsahibəsində ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer bildirib.

O qeyd edib ki, Tramp hakimiyyətinin son aylarında iki ölkə arasındakı zidiyyətlər daha da kəskinləşib. Lakin Bayden administrasiyası bu qarşıdurmanın həm ABŞ-la Çin, həm də bütün dünya üçün arzuolunmaz nəticələrə gətirib çıxaracağını anlayır.

Diplomat amerikalıların Çini daimi düşmən ki gördüklərini də vurğulayıb.

Kissincer əlavə edib ki, Çinlə münasibətlərdə yaranmış vəziyyətdən çıxış yolu tapmaq yeni ABŞ hökuməti üçün çətin olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]