Lavrov Türkiyənin Turan planından danışdı

20-02-2021, 07:41           
Lavrov Türkiyənin Turan planından danışdı
Hesab edirəm ki, Türkiyə Böyük Turanı fövqəlmilli bir varlıq olaraq yaratmaq məqsədi güdmür.

Teref.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Tarixi mənada fövqəlmilli bir varlıq olaraq Böyük Turandan danışırıqsa, düşünmürəm ki, Türkiyə belə bir hədəf güdür. SSRİ-nin keçmiş tərkib hissəsi olub, müstəqil olan dövlətlərin bu ideyanı hansısa formada dəstəkləyəcəyini görmürəm. Əksinə, onların xarici siyasətinin bütün pafosu və fəaliyyət praktikası özlərinin milli dövlətini gücləndirməkdən ibarətdir”, – Lavrov bildirib.

Lavrov qeyd edib ki, türkdilli münasibətlər mövzusu Türkiyə və müvafiq dövlətlər, o cümlədən Azərbaycan və bir sıra Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığa dərindən nüfuz edib. /Axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]