Almaniya Azərbaycandan olan üç balaca uşağı ölkədən çıxardı - FRANSA İSƏ ONLARA SIĞINACAQ VERDİ

28-05-2019, 00:00           
Almaniya Azərbaycandan olan üç balaca uşağı ölkədən çıxardı - FRANSA İSƏ ONLARA SIĞINACAQ VERDİ
Almaniya hakimiyyətinin ölkədən qovduğu Azərbaycan ailəsinə Fransa sığınacaq verib.

Teref.az virtualaz.org-a istina bildirir ki, bu barədə Le Télégramme qəzeti yazıb.

Qəzetin yazdığına görə, Cümşüdovlar cütlüyü və onların 2, 7, 11 yaşlarında olan üç uşağı Fransanın qərbindəki Brest şəhərinə mayın əvvəlində gəliblər. Onlar Azərbaycanı tərk etdikdən sonra son iki ili Almaniyada yaşayıblar. Amma Almaniyanın hakimiyyət dairələri onlara sığınacaq verməkdən imtina edib. Bu səbəbdən də ailə Fransaya sığınmaq məcburiyyətində qalıb.

"İnsan hüquqları Liqası" və Restos du Coeur xeyriyyə təşkilatları bu Azərbaycan ailəsinin taleyi ilə maraqlanıblar. Onlar Kemperle qəsəbəsi başçısının bu immiqrant ailəyə münasibətindən hiddətləniblər və onun problemlərini özləri həll ediblər.

Qəzet yazır ki, mayın 21-də məhz xeyriyyə təşkilatlarının köməyi ilə Cümşüdovlar ailəsi Fransada sığınacaq almaq üçün ərizə veriblər. Bu gündən etibarən isə bu ailə köçkünlərin qəbulu və yardım göstərilməsi üzrə xüsusi proqrama daxil edilib və qaçqınlar üçün sığınacağa yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]