Şirəliyevin göstərişinə məhəl qoyulmadı - Yaralılara baxmağa görə 200 manat RÜŞVƏT İSTƏDİLƏR

2-10-2018, 18:18           
Şirəliyevin göstərişinə məhəl qoyulmadı - Yaralılara baxmağa görə 200 manat RÜŞVƏT İSTƏDİLƏR
Dünən günorta saatlarında paytaxtın Binə qəsəbəsində 160 nömrəli avtobusun yük qatarına çırpılması nəticəsində baş verən dəhşətli qəzada yaralan şəxlər xəstəxanaya yerləşdirilib.

Teref.az Baku.tv-yə istinadən məlumat verir ki, xəstəxanada hadisə nəticəsində xəsarət alan şəxsin valideynlərindən rüşvət tələb olunub.

Belə ki, Ağayeva Rubay Cəfər qızının yaxınları 3 saylı şəhər klinikasının reanimasiyasında yerləşdirilən övladlarını görə bilmədiklərini bildirirlər. Valideyn iddia edib ki, xəstəxananın həkimləri övladlarını görmək üçün onlardan 200 manat pul tələb edir.

Sözügedən məsələyə münasibət bildirən Səhiyyə Nazirliyi mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova ittihamların həqiqətə uyğun olmadığını deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]