DGK sədri ilə Əbülfəz Məlikovun arası dəyib?

2-10-2018, 11:38           
DGK sədri ilə Əbülfəz Məlikovun arası dəyib?
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevlə keçmiş broker, hazırda "Gilan" Holdinqdə aqrar sektora rəhbərlik edən və "Meyvəli" bazarının şəriklərindən olan Əbülfəz Məlikovun münasibətlərində gərginlik yaşanmaqdadır. Bu barədə DİA.AZ-a danışan mənbə iddia edir ki, hər şey son zamanlar Səfər Mehdiyev-Əbülfəz Məlikov ilişgilərinin intensiv olaraq ictimailəşdirilməsinin ardından baş verməkdədir.

Mənbə dia.az-a bildirir ki, vəziyyət o qədər gərilib ki, hətta Səfər Mehdiyev keçmiş brokerə deyib ki, "bu medianı susdur..." Mənbənin dia.az-a bildirdikləri:

"Səfər Mehdiyev Əbülfəz Məlikovla pozuluşa bilər... Son günlər əlaqələri də yoxdur. Broker onunla əlaqəyə girmək istəsə də, DGK sədri imtina edir... Məsələ də media məsələsidir".

Onu da bildirək ki, Əbülfəz Məlikovun bəzi adamları barəsində hüquqi araşdırmaların aparılması da gündəmdədir. Bu barədə yaxın vaxtlarda daha dolğun bilgiləri təqdim edəcəyik. Bizi izləməkdə davam edin. Bütün maraqlı tərəfləri də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]