Göyçay Sukanal Törəmə Səhmdar Cəmiyyətinin rəhbərliyi əhaliyə zülm edir - Əhali susuzluqdan zülm çəkir

27-06-2018, 00:02           
Göyçay Sukanal Törəmə Səhmdar Cəmiyyətinin rəhbərliyi əhaliyə zülm edir - Əhali susuzluqdan zülm çəkir
Son illər yay fəsli başlar-başlamaz Göyçayın 60 minə yaxın şəhər əhalisi içməli sudan demək olar ki, əziyyət çəkir. Baxmayaraq ki, şəhər əhalisi su sayğacı ilə təmin olunub və hər bir sudan istifadə edən abonent sayğaca əvvəlcədən tonlarla su yükləyir, amma Göyçay Sukanal Törəmə Səhmdar Cəmiyyətinin rəhbərliyi sanki qərəzli şəkildə əhalini isti yay günlərində su ilə sınağa çəkir. Gundeminfo.az xəbər verir ki, bu barədə Göyçay sakinləri müraciətlərində media vasitəsilə dövlət rəhbərliyindən kömək istəyir.

Sakinlər yazır ki, bir aya yaxındır ki, şəhərin əksər yerlərində içməli su gün ərzində bir-iki saatdan artıq verilmir. Hətta Müqəddəs Ramazan günlərində belə oruc tutan insanlar sudan əziyyət çəkirdilər. On minlərlə insanı isti yay günlərində susuzluqla üz-üzə qoyan bu idarənin rəhbərliyi rayonun içməli su təchizatına cavabdeh şəxslərin insanlığa sığmayan davranışını görəsən rayonda bir belə qol-qanad açmasına imkan verən rayon rəhbərliyi hara baxır??? Maraqlıdır ki, belə mariətlər son zamanlar kifayət qədər sosial şəbəkələrdə yayılır. Mövzu ilə bağlı əlaqədar qurumların da mövqeyini dinləməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]