CƏLİLABAD MƏKTƏBİNDƏ ŞƏHİDLƏR LÖVHƏSİ ZİBİLLİYƏ ATILDI - fotofakt

14-12-2018, 15:48           
CƏLİLABAD MƏKTƏBİNDƏ ŞƏHİDLƏR LÖVHƏSİ ZİBİLLİYƏ ATILDI - fotofakt
Cəlilabad rayon 2 saylı tam orta məktəbə aid olduğu iddia edilən birabırçı fotolar yayılıb.

Adıçəkilən məktəbdə çəkildiyi iddia edilən fotoda Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsini əbədiləşdirmək üçün asılan lövhə yerdə - zibil qabının yanında atılıb.

Bu həm şəhidlərə, həm də bütünlüklə Azərbaycan xalqına olan böyük hörmətsizlikdir. Məktəbdə yetişməkdə olan gənc nəsilə vətənpərvərlik ruhu aşılamaq əvəzinə bu cür mənzərələ seyirçi qalan məktəb rəhbərliyi birbaşa məsuliyyət daşıyır.

Mövzu ilə əlaqədar məktəblə əlaqə saxlamağa çalışsaq da telefonlarımıza cavab verən olmadı.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]