"Bağdadın kor xəlifəsi..." - DGK sədri haqda daha bir ilginc iddia

13-12-2018, 19:31           
"Bağdadın kor xəlifəsi..." - DGK sədri haqda daha bir ilginc iddia
Teref.az - Dünən məlumat verərək bildirmişdik ki, Səfər Mehdiyevin gəlişindən sonra gömrük sistemində cərəyan edən olaylar haqlı olaraq "yuxarılar" tərəfindən neqativ yöndə qiymətləndirilib. Bunun da nəticəsidir ki, artıq yenidən Dövlət Gömrük Komitəsinin (DGK) ləğvi, ləğv edilərək Vergilər Nazirliyin. (VN) birləşdirilməsi yenidən gündəmə daşınıb.

DİA.AZ xatırladır ki, dünən yaydığımız materialda Səfər Mehdiyevin rəhbərlik etdiyi strukturda cərəyan edən olayların alqışlanmadığını xüxuxi olaraq bildirmişdik. İndi isə bu yazılanlara DGK sədrinin hansı formada reaksiya verdiyi haqda müəyyən bilgilər əldə etmişik.

Məlumatlı mənbə dia.az-a bildirir ki, Səfər Mehdiyev təbii ki realda baş verənlərdən yaxşı xəbərdardır: "Amma o, məsələnin ictimailəşdirilməsinin ardından öz yaxın ətrafında əminlik yarada bilməsi üçün "yazılanlar boş şeydir, DGK-ya kimsə toxuna bilməz" ifadəsini işlədib".

Hər halda belə bir ifadənin hansı dərəcədə əminlikdən doğmasından asılı olmayaraq, nə qədər təhlükəli olaylara rəvac verə biləcəyini təxmin etmək heç də çətin deyil. Elə dia.az-a danışan mənbəmiz də bunu deyir və fikrinə bu şəkildə davam edir:

"Əgər Səfər Mehdiyev özünü gömrük qapılarının "Dəli Domrulu" hesab edirsə və kəsdiyi raconla hər kəsin, hətta dövlətin belə hesablaşacağını düşünürsə, bu, artıq onun fiaskosu kimi qəbul edilməlidir və belə bir ovqatın sonu ən azından görəvdən alınmaqdır",

Mənbə iddia edir ki, məhz bu kimi tövrləri Səfər Mehdiyevini gedişini daha da erkənləşdirə bilər: "Bu yolla yaxın ətrafda əminlik yarada bilərsən, amma həlledici söz sahiblərində yox..."

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]