Xaçmazda qocaman şam ağacları kəsilir - "Yaşıl soyqırım" davam edir... VİDEOFAKT/ YENİLƏNDİ

6-12-2018, 07:52           
Xaçmazda qocaman şam ağacları  kəsilir - "Yaşıl soyqırım" davam edir... VİDEOFAKT/ YENİLƏNDİ
Teref.az- a gələn məlumata görə Xaçmaz şəhəri, "PMK" adlanan ərazi, 5 nömrəli məktəbin ətrafında "yaşıl soyqırım" davam edir. Yerli əhalinin verdiyi xəbərə görə şəhərdə 30 - 40 illik şam ağacları kəsilib tökülür. Xaçmazdan verilən xəbərə görə kəsilən ağacların yerinə bina tikilməsi planlaşdırırlır.
Xaçmazda şam ağacalrının kəsilməsini şəhər sakinləri çəkib Teref.az -a göndəriblər. Videonu sizə təqdim edirik:
Qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq!
Teref.az
Teref.az xəbər verir ki, Xaçmazdan verilən xəbərə görə İcra hakimiyyətindən deyiblər ki, bu qocaman şam ağaclarını kəsərək yerində yeni məktəb tikmək istəyirlər. Xaçmaz sakinləri bildirirlər ki, əgər məktəb tikməklazımdırsa, nəyə görə vərəmə həsas bölgə olan Xaçmazda bu şam ağacları kəsilməlidir. Hamı bilir ki, şam ağacları insan orqanizmi üçün çox faydalıdır. Elə köhnə məktəbi söküb yerinə təzəsini tikmək olmazdımı?
Yeni məktəb tikmək üçün nə zaman nə də yer düz seçilməyib.Məktəb tikmək üçün yaşıllığı məhv etmək olmaz!Hər halda əlaqədar qurumlar buna qiymət verərlər!
Teref.az

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]