Deməli, insanın gələcəyini təkcə ona deyilən xoş sözlər müəyyən etmir.

13-08-2026, 00:06           
Deməli, insanın gələcəyini təkcə ona deyilən xoş sözlər müəyyən etmir.
Məşhur adamların əksəriyyəti müsahibələrində deyir ki:"müəllimim , yaxud atam, anam o vaxt deyirdi ki, səndən bir şey olmayacaq.”
Bunu adətən travma adlandırırlar. Amma düşünmürlər ki, bu günkü uğurlarını elə “səndən bir şey olmaz” deyənlərə borcludurlar.
Bəzi insanları irəli aparan şey onlara olan inam yox, inamsızlıqdır.
“Səndən bir şey olmaz” cümləsi uşağın şüuraltında qəribə bir etiraz yaradır:
Necə yəni olmayacaq? Görərsən, olacaq.
Və insan bəzən illərlə heç kəsə demədən həmin cümləyə cavab verir.
Maraqlıdır ki, “səndən böyük adam olacaq” sözünü eşidən hər uşaq böyük adam olmur. Hətta bəzən valideynləri onun gələcəyinə hamıdan çox inanır, amma həyat tamam başqa cür nəticələnir.
Məsələn mənim valideynlərim də, müəllimlərim də həmişə düşünürdülər ki, məndən çox uğurlu bir insan olacaq. Mənə inanırdılar.
Amma məndən o qədər də bir şey olmadı.
Deməli, insanın gələcəyini təkcə ona deyilən xoş sözlər müəyyən etmir.
Bəzən insanı rahatlıq yox, etiraz hərəkətə gətirir. Bir müəllimin laqeydliyi, bir dostun şübhəsi, bir adamın “sən bacarmazsan” deməsi insanın içində illərlə sönməyən bir mühərrik yaradır.
Gunel Musa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]