İsrafil Məmmədov Sovet İttifaqı Qəhrəmanı adını alan ilk azərbaycanlıdır.

14-08-2026, 10:05           
İsrafil Məmmədov Sovet İttifaqı Qəhrəmanı adını alan ilk azərbaycanlıdır.
3 dekabr 1941-ci il tarixində onun rəhbərlik etdiyi 20 nəfərlik dəstə Novqorod yaxınlığında, İlmen gölü ətrafında əhəmiyyətli yüksəkliyin alman ordusunun taboruna qarşı qorunmasını təmin etmiş və 10 saat davam edən döyüşdə düşmənin 300 nəfər canlı qüvvəsini məhv etmişdi. Təkcə İsrafil Məmmədovun bu döyüşdə 70 əsgər və 3 zabiti məhv etdiyi bildirilir.
1943-cü ildə cəbhədə ağır yaralanan İsrafil Məmmədov ordudan tərxis olunaraq ehtiyata buraxıldı. Həyatının sonrakı dövrünü Gəncədə yaşayan qəhrəman ömrünün son illərində müxtəlif xəstəliklərdən əziyyət çəkdi. O, uzun müddət Yaltada müalicə olunsa da, 1 may 1946-cı ildə, 27 yaşında orada vəfat etdi. İsrafil Məmmədovun cənazəsi xüsusi təyyarə ilə Azərbaycana gətirildi. İsrafil Məmmədovun məzarı Gəncə şəhərində yerləşən Xan bağındadır.
Azərbaycan Tarixi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]