Alimlər pasiyentlə birlikdə böyüyən süni ürək yaratdılar... - MARAQLI

12-06-2023, 12:04           
Alimlər pasiyentlə birlikdə böyüyən süni ürək yaratdılar... - MARAQLI
"Bu texnologiya təkcə revmatik qızdırma probleminin həllində deyil, həm də başqa orqanların yaradılmasında kömək edə bilər..."

Bir sintetik qapağın yaradılması cəmi 10 dəqiqəyə başa gəlir

Vissa İnstitutu və Harvard mühəndis və tətbiqi elmlər Məktəbinin alimləri yeni tibbi kəşf olan "FibraValve" ürək qapağını tədqim edib.

Moderator.az xəbər verir ki, bu barədə "Gizmochina" nəşri yazıb.

Qeyd edilir ki, kəşfin xüsusiyyəti ondan ibarətdir ki, süni qapağın sahibinin ürəyi ilə birgə böyümək qabiliyyəti var.

Bu, ürəkdə invaziv əməliyyatların sayını aşağı salır. Bir sintetik qapağın yaradılması cəmi 10 dəqiqəyə başa gəlir.

"Focused rotary jet spinning" texnologiyasından istifadə edilir, bu zaman mərkəzdənqaçma qüvvəsi hava axını ilə bərabərləşən uzun sərbəst üzən polimer liflərini hərəkətə gətirir.

Alimlər onlardan karkas hazırlayır, sonra yaradılan orqanın forma və funksionallığını yaratmaq üçün hüceyrələr köçürülür.

Qapaq elə işləyir ki, pasiyentin hüceyrələri öz canlı toxumalarından istifadə etməklə regenerasiya sxemləri alır.

Bu texnologiya təkcə revmatik qızdırma probleminin həllində deyil, həm də başqa orqanların yaradılmasında kömək edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]