İsveçrə sakinlərinə qışdan necə “sağ çıxacaqlarına” dair təlimatlar göndərildi - VİDEO

5-11-2022, 12:46           
İsveçrə sakinlərinə qışdan necə “sağ çıxacaqlarına” dair təlimatlar göndərildi - VİDEO
İsveçrə sakinlərinə qarşıdan gələn qışdan necə “sağ çıxacaqlarına” dair təlimatlar göndərilib. Ölkənin Energetika Nazirliyi işıq, su və elektrik enerjisi olmayacağı halda artıq üç mərhələli plan hazırlayıb.

Bildirilir ki, hökumət ekstremal tədbirlər görməyə hazırdır. Bu tədbirlərə trolleybus və qatar kimi elektrik nəqliyyat vasitələrinin söndürülməsi də daxildir. Şiddətli şaxta olarsa, qənaət məqsədilə elektrik enerjisindən üç günlük imtina da nəzərdə tutulur.

“İndi biz siyahını götürməli, mağazaya getməli, qış üçün lazım olan və aclıq baş verəcəyi halda sağ qalmağımıza kömək edəcək məhsulları almalı, bir yerə yığmalıyıq. Biz çətin qışa hazırlaşırıq”, - deyə yerli sakinlər bildirib.

Mənbə: “SHOT” “Telegram”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]