“Windows” bəzi kompüterləri qəfil bloklayacaq

14-06-2022, 09:44           
“Windows” bəzi kompüterləri qəfil bloklayacaq
“Windows”un yeni daxili mühafizə sistemi ilə virusa yoluxan təhlükəli kompüterlər bloklanacaq.

Söhbət “Microsoft Defender” antivirusunun yeni funksiyasından gedir. Məlum olub ki, təhlükəsizlik sistemi şəbəkəyə qoşulmuş bütün kompüterləri deyil, virusa yoluxan konkret kompüteri təcrid edəcək. Beləliklə, “Microsoft Defender” problem həll edilənə qədər şəbəkədəki digər cihazları zərərli proqramların yüklənməsindən qoruyacaq.

Bu seçimin şirkətlərdə, müəssisələrdə texniki mütəxəssislər üçün faydalı olacağı qeyd olunur.

O da bildirilir ki, yenilənmiş “Microsoft Defender” Windows 10, Windows Server 2019 və sonrakı versiyalarla işləyən bütün kompüterlər üçün əlçatandır.

Mənbə: BleepingComputer












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]