Yeniyetmə oğlan narkoloji dispanserdən buraxıldıqdan sonra küçədə dilənçilik edir - VİDEO

14-06-2022, 09:02           
Yeniyetmə oğlan narkoloji dispanserdən buraxıldıqdan sonra küçədə dilənçilik edir - VİDEO
Yeniyetmə oğlan narkoloji dispanserdən buraxıldıqdan sonra küçədə dilənçilik etməyə başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, videodakı Ruslan adlı oğlan 3 ay narkoloji dispanserdə yatandan sonra yenə buraxılıb, lakin bununla belə bu halda uşağın qapalı müəssisədə qalmalı olduğunu qeyd edib.

Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həmişov bildirib ki, Agentliyin səlahiyyətlərinə uyğun olaraq mümkün proses üçün məlumatın araşdırılması məqsədilə lazımi departamentə yönləndirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]