Rusiya “Moskva” kreyseri əvəzinə yeni flaqmanını seçdi

15-05-2022, 08:20           
Rusiya “Moskva” kreyseri əvəzinə yeni flaqmanını seçdi
Rusiya Federasiyasının Qara Dəniz Donanması batan “Moskva” raket kreyseri əvəzinə yeni flaqman seçməyə qərar verib.

Bu barədə ukraynalı jurnalist Roman Simbalyuk “Facebook” hesabında məlumat verib.

“Qara Dəniz Donanmasının komandanlığı aprelin 14-də batan “Moskva” raket kreyserinin yerinə yeni flaqman təyin etmək qərarına gəlib. Bu hazırda Qara Dəniz Donanmasının əməliyyat qrupunun yerləşdirildiyi Project 11356R “Admiral Makarov” freqatı olub”, - deyə Simbalyuk bildirib.

Jurnalist əlavə edib ki, donanma komandanlığı “Admiral Makarov”un “Moskva”nın taleyini təkrarlama ehtimalına hazırlıqlıdır. Bu zaman Qara dəniz donanmasının flaqmanı estafeti “Admiral Essen” freqatına keçəcək.

Mənbə: Unian.net












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]