Qarabağda ordumuzun qabağından qaçdılar, Ukraynaya qarşı döyüşməyə gedirlər

17-03-2022, 12:00           
Qarabağda ordumuzun qabağından qaçdılar, Ukraynaya qarşı döyüşməyə gedirlər
"Erməni qartalları” adlı könüllü dəstəsi Rusiya Silahlı Qüvvələrinin tərəfində Ukraynaya qarşı döyüşməyə gedir.

Qaynarinfo xəbər verir ki, dəstəyə 1-ci dərəcəli "Döyüş Xaç” medalı almış polkovnik Xaçik Asryan rəhbərlik edir. O həm də "Vahid Ermənistan” partiyasının sədridir.

Xaçik Asryan bildirib ki, dəstə üzvləri Donbassa yola düşməyə, Ukraynanın rus vətəndaşlarına, sakinlərinə hərbi, iqtisadi və mənəvi dəstək göstərməyə, həmçinin Ukraynanın "nasist” hakimiyyətinə qarşı döyüşməyə hazırdırlar.

"Erməni qartalları” könüllü dəstəsi Donbassa getmək üçün Rusiya prezidenti Vladimir Putinə rəsmi məktub da göndərərək icazə istəyiblər. Məluata görə, Xaçik Asryan bir neçə gün əvvəl icazə verilməsi üçün məktubu Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkinə təqdim edib.

Qeyd edək ki, "Erməni qartalları” deyilən dəstə 2020-ci ildə Azərbaycanın qələbəsi ilə başa çatmış 44 günlük müharibədə də iştirak edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]