Azərbaycanda sürücülərə "icazə blankı" proqram təminatı əsasında veriləcək

17-02-2022, 15:28           
Azərbaycanda sürücülərə "icazə blankı" proqram təminatı əsasında veriləcək
Azərbaycanda sürücülərə verilən “İcazə blankları”nın bölgüsünün idarə edilməsi üçün xüsusi elektron proqram təminatı istifadəyə veriləcək.

Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumatda deyilir ki, “İcazə blankları” verilərkən daşıyıcıların həmin blanklara cari tələbatı araşdırılır və əvvəlki dövrlərdə həyata keçirilmiş beynəlxalq daşımaların həcmi nəzərə alınır. Bu istiqamətdə işlər davam etdirilir və qısa müddətdə xüsusi elektron proqram təminatı istifadəyə veriləcək. Məqsəd icazələrin bölgü prosesində ədalət prinsipini qorumaq və daşıyıcıların icazələrə çıxışını daha da asanlaşdırmaqdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]