Səhiyyə Nazirliyi COVID-19 testlərinin nəticələrinin gecikməsinin səbəbini açıqlayıb

17-02-2022, 12:47           
Səhiyyə Nazirliyi COVID-19 testlərinin nəticələrinin gecikməsinin səbəbini açıqlayıb
Səhiyyə Nazirliyi götürülən COVID-19 testlərinin nəticələrinin gecikməsinin səbəbini açıqlayıb.

"Report" xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, genetik Zakir Bayramov müraciət edən şəxsin nümunəsinin PZR üsulu ilə işləmək üçün bir neçə mərhələdən keçdiyini bildirib.

O qeyd edib ki, öncə nümunədən DNT-nin ekstraksiyası (ayrılması), sonra isə amplifikasiyası (aparatda oxunması) həyata keçirilir: "Amplifikasiya mərhələsini həyata keçirmək üçün aparata 96 şəxsin nümunəsi yerləşdirilməlidir (məsələn, əgər test CFX96 BioRad cihazında aparılarsa). Əks halda az sayda nümunənin qoyulması zaman itkisindən kütləvi yoluxmalar zamanı məqsədəuyğun sayılmır. Belə ki, hər üç mərhələni nəzərə aldıqda (ekstraksiya, amplifikasiya və nümunələrin yığılaraq bir məntəqəyə göndərilməsi) PZR testin cavabları 96 nəfər üçün yalnız 3-4 saatdan sonra mümkün olur. Bunu nəzərə alaraq, 10-20 min testi həyata keçirmək üçün xeyli vaxt tələb olunur. Bu səbəbdən də son günlərdə testlərin cavablarının çıxmasında müəyyən gecikmələr müşahidə edilməkdədir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]