“İbadət zamanı Allah mənə göründü və qadın ayaqqabıları geyinməyi dedi" - din xadimindən qəribə davranış - VİDEO

12-02-2022, 11:06           
“İbadət zamanı Allah mənə göründü və qadın ayaqqabıları geyinməyi dedi" - din xadimindən qəribə davranış - VİDEO
Kilsəyə dabanlı qadın ayaqqabısı ilə gedın keşişin hərəkəti sosial şəbəkələrdə gündəm olub.

Milli.Az lenta.ru-ya istinadən xəbər verir ki, bununla da, istehza obyektinə çevrilib. Pastorun fotoları sosial şəbəkələrdə görünəndə bir çox istifadəçi Allah adamının niyə qadın ayaqqabılarına üstünlük verdiyini anlaya bilməyib. O, kişi ayaqqabılarının ona ağrı və xəstəlik gətirdiyini izah edib. Pastor əvvəllər adi ayaqqabı geyindiyini, lakin çox əziyyət çəkdiyini vurğulayıb.

O, dəfələrlə həkimlərə müraciət etdiyini, lakin mütəxəssislərin tövsiyələrinin səhhətindəki problemlərdən qurtulmağa kömək etmədiyini bildirib. Amma keşiş Allahın hündürdaban ayaqqabı geymək əmrinə əməl etdiyi üçün rahatlayıb. "İbadət zamanı Allah mənə göründü və mənə bu ayaqqabıları geyinməyi tövsiyə etdi". Keşiş qadın ayaqqabısı ilə yanaşı, qadın paltarı da geyinməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]