Ruslar Belarusdakı S-400-ləri aktivləşdirdi 11-02-2022, 12:18 Rusiya Belarusa göndərdiyi S-400 hava hücumundan müdafiə sistemlərini aktivləşdirib.Teleqraf.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi faktı təsdiq edib.Bildirilib ki, "Müttəfiqlik qətiyyəti-2022" təlimləri çərçivəsində Belarusda yerləşdirilən S-400 hava müdafiə sistemləri aktiv vəziyyətə gətirilib.Təlimlər əsasən Ukrayna və Polşa ilə sərhəddə keçirilir. Facebook-da paylaş