Vang Yapin kosmosa çıxan ilk çinli qadın oldu

9-11-2021, 07:15           
Vang Yapin kosmosa çıxan ilk çinli qadın oldu
Astronavt Vang Yapin kosmosa çıxan ilk çinli qadın kimi tarixə düşüb. Bu barədə CNN məlumat yayıb.

Çin Kosmik Agentliyinin məlumatına görə, Vang və onun həmkarı Jay Jigang, 6,5 saatlıq kosmos səyahətini uğurla başa vurublar. Qeyd olunur ki, onlar Çinin yeni Tiangong kosmik stansiyasının ekipaj üzvləridir.

Ekipaj oktyabrın 16-da kosmosa daxil olandan sonra ilk dəfə stansiyanı tərk edib.

Açıq kosmosa çıxdıqdan qısa müddət sonra Vang izləyicilərə özünü əla hiss etdiyini söyləyib. Video Çin sosial mediasında geniş yayılıb.

virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]