İranda koronavirusdan ölənlərin sayı 124 min nəfəri keçib

17-10-2021, 20:05           
İranda koronavirusdan ölənlərin sayı 124 min nəfəri keçib
İranda ötən sutka ərzində 199 nəfər koronavirusdan (COVID-19) ölüb, 11 396 nəfər yoluxub.
Teref.az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 124 075 nəfərə, yoluxanların sayı isə 5 784 815 nəfərə çatıb. Virus daşıyıcılarından 4 769 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 5 324 108 nəfər koronavirusdan sağalıb, 34 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 72,6 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 48,4 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 24,2 milyon təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]