Yüksək bal toplasalar da, tələbə ola bilmədilər

6-09-2021, 00:15           
Yüksək bal toplasalar da, tələbə ola bilmədilər
Bu il bir DİM-in bakalavrlar üçün keçirdiyi qəbul imtahanında bir neçə abturiyent kifayət qədər bal toplasa da universitet qazana bilməyib.

Müsabiqə şərtlərini ödəyən və ixtisas seçimi edib, ali məktəblərə qəbul ola bilməyən abituriyentlər əsasən 3 və 4-cü qruplar üzrə müəyyən edilib.

Belə ki, III ixtisas qrupu üzrə: 510-520 arası bal toplayan 1 abituriyent, 500-510 arası bal toplayan 1 abituriyent, 400 dən çox bal toplayan 14 abituriyent, 300 dən çox bal toplayan 89 abituriyent, 200 dən çox bal toplayan 557 abituriyent, IV ixtisas qrupu üzrə:600-610 arası bal toplayan 1 abituriyent, 550-560 arası bal toplayan 1 abituriyent, 500 dən çox bal toplayan 16 abituriyent, 400 dən çox bal toplayan 39 abituriyent, 300-dən çox bal toplayan 68 abituriyent, 200 dən çox bal toplayan 85 abituriyent universitet qazana bilməyib. /bakupost.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]