Daha bir helikopter qəzası: Göyərtəsində altı nəfərin olduğu hərbi helikopter qəzaya uğrayıb

25-06-2021, 07:46           
Daha bir helikopter qəzası:
Göyərtəsində altı nəfərin olduğu hərbi helikopter qəzaya uğrayıb
Filippin ordusuna məxsus “Black Hawk” hərbi helikopterinin qəzaya uğraması nəticəsində altı nəfər həlak olub.

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Qəza nəticəsində helikopterdən heç kim sağ çıxmayıb. Qeyd olunur ki, qəza, gecə vaxtı həyata keçirilən təlim uçuşu zamanı baş verib.

Aidiyyatı qurumlar insidentin təfərrüatlarının və qəzanın səbəblərinin müəyyən edilməsi istiqamətində araşdırmalara başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]