Bakıda "Mercedes Gelandewagen" qəfildən yanıb - FOTO

10-10-2019, 00:00           
Bakıda "Mercedes Gelandewagen" qəfildən yanıb - FOTO
Bakının Xəzər rayonu ərazisində avtomobil yanıb.

Unikal.org xəbər verir ki, hadisə aeroport şossesində, Milli Aviasiya Akademiyasının qarşısında qeydə alınıb.

Belə ki, 10-PP-222 qeydiyyat nişanlı "Mercedes Gelandewagen" markalı avtomobil qəfildən alışmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub və yanğının qarşısı alınıb. Bununla belə, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]