Xəzərdə iki gün ərzində ikinci zəlzələ olub

29-07-2025, 08:26           
Xəzərdə iki gün ərzində ikinci zəlzələ olub
Xəzər dənizində 3 maqnitudalı zəlzələ olub.

Oxu.Az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Yerli vaxtla 05:07-də qeydə alınan zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, bu, son iki sutkada Xəzərdə qeydə alınan ikinci zəlzələdir. İyulun 27-də Xəzər dənizində 3.2 maqnitudada zəlzələ olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]