Barda azərbaycanlını öldürən şəxs təslim oldu

8-08-2019, 08:33           
Barda azərbaycanlını öldürən şəxs təslim oldu
Rusiyadakı barlardan birində 27 yaşlı azərbaycanlını öldürən şəxs tutulub.

Teleqraf.com xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən və axtarışda olan Anatoli Qrudistov öz xoşu ilə polis bölməsinə gələrək təslim olub.

Onun haqqında qəsdən adam öldürmə ittihamı ilə cinayət işi açılıb.

Qeyd edək ki, iyulun 28-də “Rokko” barında A.Qrudistov şəxsi münaqişə zəmnində azərbaycanlını başından yaralayaraq öldürmüşdü.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]