Bakıda lombard qalmaqalı böyüyür

11-10-2015, 19:11           
Bakıda lombard qalmaqalı böyüyür
Bakıda lombard qalmaqalı böyüyür
Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi 36 ünvanında yerləşən lombarda qızıl qoyan şəxslər əmanətlərini geri ala bilmir.

Lent.az-ın məlumatına görə, bu günlərdə daha 4 nəfər bir müddət əvvəl bağlanan lombarda qoyduqları qızılı geri ala bilmədiklərini bildirib.

Belə ki, 8-ci Polis Bölməsinə müraciət edən Ağayeva Narıngül Cənnət qızı 60 qram, Haşımova Gülxar Hüzür qızı 25 qram, Salahova Kəmalə Lələ qızı 8 qram, Məmmədova Rəhilə İslam qızı isə 40 qram qızılı Neftçi Qurban küçəsi 36 ünvanında yerləşən lombarddan geri ala bilmədiklərini qeyd ediblər.

Onlar şikayət ərizələrinfə qızılı lombardın sahibi, 1963-cü il təvəllüdlü Əllazi Tahirə Məmməd qızına verdiklərini qeyd ediblər.

Qeyd edək ki, həmin lombardla bağlı polisə daha əvvəl də çoxsaylı şikayətlər daxil olub.

Araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]