Mehriban Zeynalovanın seçki qərərgahını dağıtdılar

10-10-2015, 19:02           
Mehriban Zeynalovanın seçki qərərgahını dağıtdılar
Bu gün saat 17 radələrində deputatlığa namizəd, “Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın Bül-bülə qəsəbəsində yerləşən seçki qərargahına hücum olub.teref.az Cebhe.info-ya istinadən xəbər verir ki, özünü təqdim etməyən şəxs qərargaha daxil olaraq, içəridəki plakatları cırmağa başlayıb. Qərarhagın üzvü, hüquqşünas Məlahət Nəbiyeva Cebhe.info-ya bildirib ki, naməlum şəxs 10 CG 327 dövlət nömrə nişanlı, “011” markalı maşınla gəlib: “Qəfildən qərargaha daxil oldu, özünü təqdim etmədən plakatları cırmağa başladı. Ondan kim olduğunu soruşsaq da, özünü təqdim etməkdən imtina etdi. Təkidli tələblərimizindən sonra özünü qəsəbə icra nümayəndəliyinin işçisi kimi təqdim etdi. Plakatların cırılmasını “yuxarının tapşırığı” olduğunu bildirdi. “Yuxarı” dedikdə kimi nəzərə tutduğuna gəlincə, gah icra hakimiyyəti, gah da DSK-nın adını çəkdi. Ancaq gördükdə ki, biz ondan sənəd tələb edirik, qaçaraq qərargahdan çıxdı və maşını sürətlə sürərək uzaqlaşdı”. Deputatlığa namizəd Mehriban Zeynalova hadisə ilə bağlı DSK-ya rəsmi müraciət edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]