Argentina millisi dünya çempionu oldu

18-12-2022, 22:06           
Argentina millisi dünya çempionu oldu
Qalib penaltilər seriyasında müəyyənləışib

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının final oyunu – Argentina-Fransa matçının əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.

AYNA xəbər verir ki, matçın qalibini, eyni zamanda, dünya çempionunu müəyyən etmək üçün əlavə vaxt oynanılıb.

Qeyd edək ki, oyunda hesabı argentinalı Lionel Messi açıb. O, matçın 23-cü dəqiqəsində Fransanın qapısına təyin olunan penaltini dəqiq yerinı yetirib. Matçın 36-cı dəqiqəsində isə Lionel Messinin ötürməsindən sonra Anxel Di Mariya Argentinanın ikinci qolunu vurub - 2:0. İlk hissə bu hesabla başa çatıb.

Matçın ikinci hissəsinə fransızlar fəal başlayıblar. Fransa yığması matçın sonlarına doğru hesabı bərabərləşdirməyi bacarıb. Kilyan Mbappe matçın 80-ci dəqiqəsində rəqibin qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirib – 2:1. Bu qoldan bir dəqiqə sonra səhnəyə yenidən Mbappe çıxıb. Bu dəfə Markus Türamın ötürməsini dəqiq tamamlayan Fransa yığmasının ulduzu hesabı bərabərləşdirib – 2:2.

Əlavə vaxtda daha iki qol vurulub. Əvvəlcə Arnegtina millisinin kapitanı Messi hesabda komandasını önə çıxarıb. Daha sonra Mbappe penaltidən hesabı bərabərləşdirib – 3:3.

Bundan sonra komandaların cəhdlərinə baxmayaraq hesab dəyişməyib.

Çempion isə penaltilər seriyasında müəyyənləşib. Argentina millisi 4:2 hesabı ilə qalib gəlib. Bununla da Argentina milisi Qərərdə keçirilən mundialın birincisi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]