Yaponiyanın mərkəzində 5,1 maqnituda gücündə zəlzələ baş verib

7-10-2018, 10:16           
Yaponiyanın mərkəzində 5,1 maqnituda gücündə zəlzələ baş verib
Bazar günü Yaponiyanın mərkəzi prefekturası Aytidə 5,1 maqnituda gücündə zəlzələ baş verib. Sunami təhlükəsi elan olunmayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Milli Meteoroloji İdarəsi məlumat yayıb.

Yeraltı təkanların episentri prefekturanın Sakit okean sahillərinə yaxın şərq hissəsində, ocağı isə təqribən 40 km dərinlikdə qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]