Hakerlər tərəfindən sındırılan kameralardan görüntülər sosial şəbəkələrdə yayıldı

1-12-2021, 08:23           
Hakerlər tərəfindən sındırılan kameralardan görüntülər sosial şəbəkələrdə yayıldı
Rusiyada əksəriyyəti hotellərdə, masaj salonlarında, depilyasiya edilən salonlarda və digər oxşar müəssisələrdə yerləşən minlərlə müşahidə kameraları hakerlər tərəfindən sındırılıb, kadrlar isə sosial şəbəkələrə sızıb.

Bu barədə “İzvestiya”ya Rusiyanın “T.Hunter” informasiya və analitik araşdırmalar departamentinin rəhbəri İqor Bederov məlumat verib.

“Hotellərin, gözəllik salonlarının və digər biznes növlərinin sahibləri təhlükəsizlik məqsədilə öz binalarına kameralar yerləşdirirlər. Tez-tez belə kameralar birbaşa intim xidmətlərin həyata keçirildiyi otaqlarda və ya ofislərdə qurulur. Ancaq onlar həmişə lazımi şəkildə qorunmur”, - deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, sındırma faktı dolayısı ilə internetə qoşulmuş cihazların axtarışı üçün nəzərdə tutulmuş “Shodan” və “Censys” servislərinin məlumatlarında göstərilir. Bundan əlavə, sosial şəbəkələrdə və populyar messencerlərdə kibercinayətkarların sındırılmış kameralara və onlarda çəkilmiş videolara girişi satıldığı ictimai səhifələr və forumlar meydana çıxıb.

Bederovun sözlərinə görə, dələduzlar təkcə sındırılmış kontentə baxmaq istəyənlərdən qazanc əldə etmir, həm də kameraların quraşdırıldığı müəssisələrin sahiblərini və videoların qəhrəmanlarını bu materiallarla şantaj edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]