Kamerunda vəba epidemiyası yayılıb, ölənlər var

10-11-2021, 08:35           
Kamerunda vəba epidemiyası yayılıb, ölənlər var
Kamerunun cənub-qərbində son iki həftə ərzində vəba xəstəliyi epidemiya halını alıb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi Afrika ölkəsinin tibb orqanlarına istinadən məlumat yayıb.

Məumata görə, xəstəliyin yenidən yayılması 5 nəfərin ölümünə səbəb olub.

Son iki həftə ərzində 32 nəfərdə xəstəlik aşkarlanıb.

Qeyd edək ki, Kamerun bu il vəba xəstəliyinin baş verdiyi növbəti Qərbi Afrika dövlətidir. Belə ki, qonşu Nigeriyada sentyabrın əvvəlində vəbadan 2 140 nəfər ölüb, 65 mindən çox insanda xəstəlik aşkarlanıb. Nigeriyanın 36 əyalətindən 23-də və paytaxt rayonunda vəbaya yoluxma qeydə alınıb.

Vəba əhalinin böyük bir hissəsi üçün təmiz içməli suya daimi çıxışın olmaması səbəbindən yaranan xəstəlik sayılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]