Fəzail Ağamalı: “Xudu Məmmədovu Zərdüşt Əlizadə öldürdü”

22-01-2018, 11:15           
Fəzail Ağamalı: “Xudu Məmmədovu Zərdüşt Əlizadə öldürdü”
"Yadıma düşür ki, mən Naxçıvan Dövlət Pedaqoji Universitetində müəllim işləyəndə Xudu Məmmədov Naxçıvana gəlmişdi. Onunla görüşümüzü də xatırlayıram. O, ornamentlərin fəlsəfəsi haqqında danışırdı. Mən çox böyük təəccüblə ona qulaq asırdım və çox şeyi də anlaya bilmirdim. O danışıq məndə böyük heyrət doğurmuşdu”.

teref.az- nun məlumatına görə, bunu kulis.az-ın "İşdən kənar” layihəsinə müsahibəsində Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib. O, bildirib ki, X. Məmmədovla ikinci görüşü 1988-ci ilə təsadüf edib: "Xudu Məmmədov elə həmin tarixdə vəfat etmişdi. Dram teatrının yanında bir muzeydə yığıncaqdaydıq. Orda xalq hərəkatı haqqında söhbətlər gedirdi. Xudu Məmmədov da millətini sevən alim idi. Çox da nəhəng alim. Orda onu əsəbiləşdirdilər.

Zərdüşt Əlizadə onu əsəbiləşdirdi. Və ordaca Xudu Məmmədovun ürəyi partladı. Bu bizim son görüşümüz idi. Xudu Məmmədov orda Milli Azadlıq Hərəkatına sədaqətini nümayiş etdirirdi. Zərdüşt Əlizadə də onun əleyhinə getdi. Xudu müəllim də möhkəm əsəbiləşdi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]